29 
Sen
2015
18:25
171
39
2950
Virtual karabakh

Azərbaycan əhalisinin 96 faizi müsəlmandır

29 Sen, 2015
18:25
2950

Azərbaycan əhalisinin 96 faizi müsəlmandır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İslam dinini radikalizmə sürükləmək meyilləri artıb”.

Azərbaycanda yaşayan əhalinin 96 faizi müsəlmandır. Sovet İttifaqı dövründə ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, bu gün bu rəqəm 2500-ə çatdırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Astarada “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda keçirilən regional konfransda deyib. 

Onun sözlərinə görə, Azərbaycanda 632 dini icman qeydiyyatdan keçib. 

“Ölkəmizdə dini icmaların fəaliyyəti üçün hər cür şərait yaradılıb”, - o bildirib.

İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasından, bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışmasından, terrorla əlaqələndirmək istəklərindən danışan M.Qurbanlı, gənclərimizin dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyətinin bütün cəmiyyətin üzərinə düşdüyünü diqqətə çatdırıb.

Komitə sədri radikalizmə və xurafata qarşı mübarizədə hamını fəal olmağa çağırıb.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri