16 
Okt
2015
15:29
6
34
4157
Virtual karabakh

Ramiz Əzizbəyli: Əlim və ayağım işləmir – VİDEO

16 Okt, 2015
15:29
4157

Ramiz Əzizbəyli: Əlim və ayağım işləmir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2 ildir xəstəlikdən əziyyət çəkirəm”.

Xalq artisti Ramiz Əzizbəyli “Günə baxan” verilişinə açıqlama verib. 

Oxu.Az-ın axşam.az-a istinadla məlumatına görə, aktyor səhhətindən bəhs edib:

“Bir balaca əlim və ayağım işləmir. Amma şikayətim yoxdur. 68 yaşımın içindəyəm. 2 ildir xəstəlikdən əziyyət çəkirəm”.

R.Əzizbəyli həmkarı Nuriyyə Əhmədovanın ölümünə üzüldüyünü deyib:

“Nuriyyənin dünyasını dəyişməsi məni çox yandırdı. Oğlunu, qızını itirdi, özü də bu dünyadan getdi. Allah ona rəhmət eləsin. Sənətkar böyük ifadədir. Hər adam sənətkar ola bilməz. Mən neçə il əvvəl estrada kafedfrasi yaratdım. Onun müdiri oldum. 2 ildir pensiyadayam. Təəssüflər olsun ki, kafedra dağıldı. Onun başına müvəqqəti kimisə gətirmək istəyirdik. Amma qaldı. Çoxları mənə buna salam da vermək istəmir”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri