27 
Okt
2015
09:04
22
270
18864
Virtual karabakh

Bulvarda 18 yaşlı qız intihar etdi - FOTO + YENİLƏNİB

27 Okt, 2015
09:04
18864

Bulvarda 18 yaşlı qız intihar etdi - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

FHN məlumat yaydı.

Fövqəladə Hallar Nazirliyi Dənizkənarı Milli Parkda baş vermiş intihar hadisəsi ilə bağlı məlumat yayıb.

Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin  “Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə” daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1,5 km aralı, nəzarətsiz ərazidə) 1 nəfər özünü dənizə atıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər Məmmədova Həmidə Ramiz qızının cəsədini batdığı yerdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 20:53-də başa çatıb.

26.10.2015

Bakıda intihar hadisəsi baş verib.

Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün Dənizkənarı Milli Parkda qeydə alınıb.
 
Beyləqan rayon sakini, 18 yaşlı  Məmmədova Həmidə Ramiz qızı özünü dənizə atıb.
 
Mərhumun meyiti FHN əməkdaşları tərəfindən sudan çıxarılıb. Hazırda hadisə yerində prokurorluq və polis əməkdaşları araşdırma aparırlar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri