27 
Okt
2015
10:23
26
140
27751
Virtual karabakh

Bulvarda 18 yaşlı qızın intiharının səbəbi açıqlandı

27 Okt, 2015
10:23
27751

Bulvarda 18 yaşlı qızın intiharının səbəbi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məmmədovanın atası danışdı.

Dünən gecə Bakı bulvarında baş vermiş dəhşətli intihar hadisəsinin təfərrüatı məlum olub.

Oxu.Az xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, saat 20:45 radələrində Dənizkənarı Milli Parkın “Sadko” kafesi yaxınlığındakı hissəsində özünü dənizə atan 1997-ci il təvəllüdlü Həmidə Məmmədova bir neçə gün əvvəl Beyləqan rayonundan Bakıya qohumlarının evinə qonaq gəlibmiş.

Hadisədən sonra ifadə verən 18 yaşlı qızın atası Ramiz Məmmədov bildirib ki, qızı filmə çəkilmək istəyirmiş və Bakıya gəlməkdə də məqsədi həmin filmdə çəkilmək imiş.

R.Məmmədov etiraf edib ki, qızına filmdə çəkilmək üçün icazə vermədiyinə görə narazılıq yaranıb.

Qeyd edək ki, FHN-in xilasediciləri tərəfindən meyiti sudan çıxarılan H.Məmmədovanın üzərində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri