15 
Fev
2016
18:40
130
18
1806
Virtual karabakh

Kiyevdə idmançılarımız 7 medal qazanıblar

15 Fev, 2016
18:40
1806

Kiyevdə idmançılarımız 7 medal qazanıblar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Stadnik və Sinişin qızıl medal alıblar.

Kiyevdə güləş üzrə beynəlxalq turnir keçirilib, yarışda Azərbaycanın qadınlardan ibarət komandası iştirak edib.

Oxu.Az xəbər verir ki, idmançılarımız Ukraynanın paytaxtında 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar.

Fəxri kürsünün ən yüksək pilləsinə Mariya Stadnik (48 kq) və Natalya Sinişin (58 kq) qalxıblar. Anjela Droqan (55 kq) turnirin gümüş mükafatçısı olub.

Almaz İsmayılova (55 kq), Yuliya Ratkeviç (58 kq), Tatyana Omelçenko (60 kq) və Gözəl Zutova (69 kq) bürünc medal qazanıblar.

F.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri