15 
Apr
2016
23:53
338
18
3293
Virtual karabakh

Daha bir boksçumuz Olimpiadaya lisenziya qazandı - YENİLƏNİB

Turnir Türkiyənin Samsun şəhərində keçirilir.

Azərbaycan yığması Türkiyənin Samsun şəhərində keçirilən boks üzrə Avropa Olimpiya Təsnifat Turnirində ardıcıl dördüncü lisenziyasını qazanıb.

Oxu.Az-ın məlumatına görə, Yana Alekseyevna (60 kq), Cavid Çələbiyev (56 kq) və Lorenzo Sotomayorun (64 kq) ardınca Məhəmmədrəsul Məcidov da Rioya vəsiqəyə sahib olub.

91 kq-dan yuxarı çəki dərəcəsində yer alan Məcidov  “Bakı 2015” I Avropa Oyunlarının 1/4 finalında da yendiyi Demirezeni 3:0 hesabı ilə yenib. O, ilk "üçlüy"ü təmin etdiyi üçün  “Rio-2016”da iştirak hüququnu əldə edib. Məcidovun finalındakı rəqibi böyük britaniyalı Jozef Joys olacaq. Final döyüşləri sabah keçiriləcək.

Qeyd edək ki, bununla da Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyalarımızın sayı 38-ə, Rioya yollanacaq idmançılarımızın sayı isə 39-a çatıb.

22:50

Türkiyənin Samsun şəhərində Rio-de-Janeyro Olimpiadasına lisenziya turnirində yarımfinal görüşləri davam edir.

Oxu.Az Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, milli komandamızın üzvü, 64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Lorenzo Sotomayor da yarımfinal görüşünü qalibiyyətlə başa vurub.

İdmançımız final uğrunda görüşdə türkiyəli rəqibi Batuhan Gözgeçi məğlub edərək finala yüksəlməklə yanaşı, Rio Olimpiya Oyunlarına vəsiqəni də təmin edib.

Xatırladaq ki, bu gün 56 kq çəki dərəcəsində mübarizə aparan dünya çempionumuz Cavid Çələbiyev erməni idmançı Aram Avaqyanla döyüşüb. Erməni rəqibini tam üstünlüklə - 30-25 hesabı ilə məğlub edən C.Çələbiyev finala adlamaqla yanaşı, Rio Olimpiyadasına da vəsiqə qazanıb.

Eyni uğuru qadın boksçumuz Yana Alekseyevna təkrarlayıb. O, Olimpiya çempionu, 4 qat dünya və 5 qat Avropa birincisi olan K.Teylora qalib gələrək olimpiadaya lisenziya qazanıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri