May
2016
12:59
227
88
11467
Virtual karabakh

Bakı marafonunun qalibləri müəyyənləşdi - YENİLƏNİB

1 May, 2016
12:59
11467

Bakı marafonunun qalibləri müəyyənləşdi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Marafonun məsafəsi 21 kilometr olub.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2016”nın qalibləri məlum olub.

Oxu.Az xəbər verir ki, həmyerlimiz Namiq Əsədov Bakı Marafonu 2016-da finişə birinci gəlib.

İkinci yeri Gürcüstan vətəndaşı Georgi Dameniya, üçüncü yeri isə Tural Sadıxlı tutub.

10:25

Bu gün saat 10:00-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan Bakı Marafonu 2016-ya start verilib.

Oxu.Az xəbər verir ki, Dövlət Bayrağı Meydanından start götürən marafon 21 kilometrdir və Bakı Olimpiya Stadionunda başa çatacaq. 

21 km-lik məsafənin qət edilməsinə maksimum 4 saat 30 dəqiqə vaxt verilir.

Ümumilikdə, şəhər sakinlərinin, qonaqların qoşulduğu Bakı Marafonu 2016-da 7000-dən çox iştirakçı qeydiyyatdan keçib.

Marafonu davam etdirə bilməyənlər, iştirakçıları dəstəkləməyə gələnlər və digərlərini finiş xəttinə çatdırmaq üçün marşrut boyu avtobus dayanacaqları - Dövlət Xalça Muzeyinin qarşısında, “Boulevard Hotel”in, Heydər Əliyev Mərkəzinin yanında, “Koroğlu” metrostansiyası yaxınlığında və Böyük Şor Bulvarında - qurulub.

Marafonun əsas məqsədi Azərbaycanda idmanın inkişafına dəstək göstərmək, insanlar arasında, xüsusilə gənclərdə sağlam həyat tərzini təşviq etmək, onları xeyirxah məqsədlər naminə bir araya gətirməkdir.

Bakı Marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri