May
2016
12:36
59
168
8013
Virtual karabakh

Sürücülərin nəzərinə, bu yollar bağlanır – SİYAHI + YENİLƏNİB

4 May, 2016
12:36
8013

Sürücülərin nəzərinə, bu yollar bağlanır – SİYAHI + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Tour d’Azerbaidjan-2016” başlayıb.

Bu gün “Tour d’Azerbaidjan-2016” beynəlxalq velosiped turuna start verilib. 

Oxu.Az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışı əvvəlki illərdə olduğu kimi 5 mərhələdə keçiriləcək.

Turda 19 ölkədən 21 komandanın iştirak edəcək ki, onlardan da 6-sı pro-kontinental, “Synergy Baku” da daxil olmaqla 14-ü kontinental, 1-i isə milli komandadır. İştirakçılar 1-ci mərhələdə Bakı - Sumqayıt (154 km), 2-ci mərhələdə Bakı - İsmayıllı (186,5 km), 3-cü mərhələdə Qəbələ - Şəki - Qəbələ (177,2 km), 4-cü mərhələdə Qəbələ - Pirqulu (115,3 km) və sonuncu mərhələdə Bakı - Abşeron - Bakı (158 km) marşrutu üzrə ümumilikdə 791 km məsafə qət edəcəklər. 

10:10

“TOUR d`AZERBAİJAN” beynəlxalq velosiped turunun keçirilməsi ilə əlaqədar paytaxt Bakı da daxil olmaqla, ölkənin bəzi rayonlarında bir sıra yollar bağlanacaq. 

Oxu.Az bağlanacaq yolların siyahısını təqdim edir:

May ayının 4-də saat 09.30-dan 14.30-dək - Dövlət Bayrağı Meydanından Dairəvi yol-Bakı-Sumqayıt şosesi-Masazır-Novxanı-Sumqayıt istiqamətində və Sumqayıt şəhərinin bir sıra mərkəzi küçələri.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri