Noy
2016
13:26
265
12
15095
Virtual karabakh

“Qarabağ” “Top-100”də!

4 Noy, 2016
13:26
15095

“Qarabağ” “Top-100”də!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avrokubokların qrup mərhələsinin IV turundan sonra klubların UEFA reytinqi açıqlanıb.

Oxu.Az Apasport.az saytına istinadən xəbər verir ki, Çempionlar Liqasının 16, Avropa Liqasının 24 qarşılaşması siyahıda müəyyən dəyişikliklərə səbəb olub.

Azərbaycanın 7 klubla təmsil olunduğu siyahıda ən yaxşı nəticə “Qarabağ”a məxsusdu. Yunanıstanda PAOK-u 1:0 hesabı ilə məğlub edən “göy-qaralar” 18,050 xalla 99-cu pillədədi.

Qələbə sayəsində 11 pillə irəliləyən “Qarabağ” bu sıçrayışla “Top-100” komanda arasına daxil olub. Təmsilçimiz “Uiqan”, Moskva “Spartak”, “Udineze”, “Sassuolo” kimi komandaları qabaqlayır.

9,800 xala malik “Neftçi” 159-cu, 7,800 xalı olan “Qəbələ” 181-ci pillədə qalıb. Sonuncuların irəliləyə bilməməyinə səbəb Bakıda Fransa “Sent-Etyen”inə 1:2 hesabı ilə uduzmasıdı.

1 pillə irəliləyib, 219-cu yerdə qərarlaşan “İnter”in 6,050 xalı var. Bakılılar Bolqarıstan “Slaven”i ilə eyni göstəriciyə malikdi.

Malta “Valletta”sı və Albaniya “Kukesi”si ilə eyni - 4,550 xala malik “Xəzər Lənkəran” 274-cü yerə şərikdi.

Digər komandalarımızdan “Kəpəz” (4,050) 297-ci, “Bakı” (3,800) 306-cı yerə şərikdi.

Qeyd edək ki, İspaniya “Real”ının (151,685) başçılıq etdiyi siyahıda “Bavariya” (Almaniya) 146,756 xalla 2-ci, “Barselona” (İspaniya) 136,685 xalla 3-cü pillədə qərarlaşıb. Ümumilikdə isə siyahıda 453 komanda yer alıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri