29 
Noy
2016
13:01
26
342
33107
Virtual karabakh

Göyərtəsində Braziliya futbolçularının olduğu təyyarə qəzaya uğrayıb – VİDEO + YENİLƏNİB

29 Noy, 2016
13:01
33107

Göyərtəsində Braziliya futbolçularının olduğu təyyarə qəzaya uğrayıb – VİDEO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göyərtəsində Braziliyanın “Şapekoense” futbol klubunun üzvləri daxil olmaqla 72 sərnişin olan təyyarənin Kolumbiyanın Antiokiya əyalətində La Union bölgəsində qəzaya uğramasından 13 nəfər sağ qalıb.

Sərnişinlərdən başqa təyyarədə doqquz heyət üzvü olub. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, La-Sexa şəhərinin meri Elkin Ospin “France-Press” agentliyinə təyyarənin Medelyin yaxınlığında yanacaq çatışmazlığından qəzaya uğradığını bildirib. 

Medelyinin təhlükəsizlik məsələləri üztə katibi, təyyarənin iki hissəyə yarıldığını əlavə edib. Yanğınsöndürənlər pilotun bütün yanacağı işlətməsəydi, təyyarənin partlaya biləcəyini deyiblər. 

Latın Amerika KİV-i bildirib ki, qəzaya uğrayan təyyarəni dəfələrlə Argentinanın futbol üzrə yığması da istifadə edib. 

Xilasedicilərin məlumatına görə, təyyarədə olanlardan ən azı 13 nəfər xilas olub. 

La-Sexa şəhərinin hakimiyyəti 27 ölən və doqquz sağ qalan haqqında məlumat yayıb. 

Zərərçəkənlər arasında – stüardessa Himena Suares və müdafiəçi Alan Ruşel və qolkiperlər Markos Danilo və Cekson Folman daxil olmaqla “Şapekoense” futbol klubunun üzvləri var.

Onların hamısı xəstəxanaya çatdırılıb.

Aeroportun administrasiyası Mariya Kordova qeyd edib ki, “hava şəraitinə” görə, təyyarənin qəzaya uğradığı əraziyə giriş məhduddur. 

Sosial şəbəkələrdə reysin sərnişinlərinin siyahısı da dərc edilib. Təyyarənin göyərtəsində “Şapekoense” futbol klubunun üzvləri, klubun idarə heyətinin üzvləri, məşqçi qərargahının nümayəndələri və komandanın texniki personalının üzvləri, jurnalistlər və qonaqlar olub. 

11:30

Göyərtəsində Braziliyanın “Şapekoense” futbol klubunun üzvləri olan təyyarənin Kolumbiyanın Antiokiya əyalətində La Union bölgəsində qəzaya uğramasından ən azı on nəfər sağ qalıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Kolumbiyanın xəbər portalı mioriente.com məlumat yayıb. 

“Təyyarənin göyərtəsində olan ən azı on nəfərə yardım göstərilir. Qəza yerində sağ qalanların axtarışı davam edir”, - qəza yerində işləyən yanğınsöndürənlər bölüyünün komandiri qeyd edib. 

10:34

Kolumbiyada göyərtəsində 72 sərnişin və 9 ekipaj üzvünün olduğu təyyarə qəzaya uğrayıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, təyyarə Boliviyadan havaya qalxıb və Medelyin hava limanına doğru hərəkət edərkən qəzaya uğrayıb.

Yerli KİV-in məlumatına görə, təyyarənin göyərtəsində Braziliyanın “Şapekoense” futbol klubunun üzvləri də olub.

Hələlik qəzadan sağ xilas olanlarla bağlı məlumat yoxdur.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri