Yan
2017
20:42
498
57
9733
Virtual karabakh

Kriştiano Ronaldo: Pul mənim üçün əsas deyil

2 Yan, 2017
20:42
9733

Kriştiano Ronaldo: Pul mənim üçün əsas deyil

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İspaniyanın “Real” klubunun (Madrid) portuqaliyalı hücumçusu Kriştiano Ronaldo pula münasibətindən və futbol ilə bağlı gələcək məqsədlərindən danışıb.

Oxu.Az-ın məlumatına görə, Report “goal.com”a istinadən xəbər verir ki, futbolçu pulun onun üçün əsas məsələ olmadığını bildirib.

“Məqsədim hazırkı səviyyəmdə qalmaqdır. Mənim futbol oynamaq üçün daha bir neçə ilim var. Mən “Nike” və “Real” ilə əla müqavilələr imzaladım. Sevinirəm ki, bu yaşda belə böyük sövdələşmələrə imza atmışam. Bu, inanılmazdır, bu mənə daha çox işləmək və öz səviyyəmdə qalmaq üçün ruh yüksəkliyi verəcək. Pul mənim üçün əsas deyil. Mən ona müstəqil olmaq və karyeranızı bitirdikdən sonra özünüzü rahat hiss etməyə imkan verən bir vasitə kimi baxıram”, - deyə portuqaliyalı qeyd edib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri