Yan
2017
23:19
323
60
6539
Virtual karabakh

Ronaldo ilin ən yaxşısı oldu

9 Yan, 2017
23:19
6539

Ronaldo ilin ən yaxşısı oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Madridin “Real” klubu və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) versiyasına görə 2016-cı ilin ən ayxşı futbolçusu seçilib.

Oxu.Az xəbər verir ki, mükafatlandırma mərasimi bazar ertəsi, yanvarın 9-da, İsveçrənin Sürix şəhərində keçirilib. 

Portuqaliyalı futbolçu səsvermədə argentinalı Lionel Messi (“Barselona”) və fransız Antuan Qrizmannı (“Atletiko”, Madrid) qabaqlayıb.

FİFA həmçinin “2016-cı ilin ən yaxşı məşqçisi” nominasiyasında qalibləri elan edib. Kişilər arasında bu ada italiyalı Klaudio Ranyeri (“Lester Siti”), qadınlar arasında isə almaniyalı Silviya Nayd (Almaniya yığması) layiq görülüb.

İlin ən yaxşı qadın futbolçusu nominasiyasında amerikalı Karli Lloyd (“Hyuston Deş”) qalib olub.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri