11 
Yan
2017
11:24
18
84
5292
Virtual karabakh

Berti Foqts FİFA-nın qərarından şoka düşüb

11 Yan, 2017
11:24
5292

Berti Foqts FİFA-nın qərarından şoka düşüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts FİFA-nın 2026-cı ildən etibarən dünya çempionatında iştirakçı komanda sayının 48-ə yüksəldilməsi barədə qərarına münasibət bildirib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis “Kicker”ə açıqlamasında qərardan şoka düşdüyünü deyib. 

Onun fikrincə, FİFA dünya çempionatlarına son qoymaq istəyirsə, elə bu istiqamətdə də davam etməlidir: 

“Bu, inanılmaz, dəhşətli qərardır. Dünya çempionatlarının axırına çıxmaq istəyirlərsə, elə bu yolla da getməlidirlər. Qərarı anlaya bilmirəm. Bu, artıq mənim mundialım deyil”.

Qeyd edək ki, Berti Foqts Almaniya yığmasında futbolçu kimi 1974-cü ildə dünya, baş məşqçi qismində isə 1996-cı ildə Avropa çempionu titulunu qazanıb. O, 2008 - 2014-cü illərdə Azərbaycan millisinə rəhbərlik edib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri