11 
Yan
2017
12:27
142
50
3059
Virtual karabakh

Vüqar Həşimovun anım günüdür

11 Yan, 2017
12:27
3059

Vüqar Həşimovun anım günüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycanın məşhur şahmatçısı, şahmat  üzrə üçqat Azərbaycan çempionu adına layiq görülmüş Vüqar Həşimovun anım günüdür.

Oxu.Az xəbər verir ki, V.Həşimov 24 iyul 1986-cı ildə Bakı şəhərində anadan olub.

O, karyerası ərzində dörd dəfə (2002, 2004, 2006 və 2008-ci illərdə) şahmat olimpiadalarında Azərbaycan komandası uğrunda çıxış edib, həmçinin 2009-cu il 7-9 may tarixlərində Bakıda Heydər Əliyev Kuboku çərçivəsində dünya yığması ilə qarşılaşmada Azərbaycanın yığmasının tərkibində olub.

2007-ci ildə Avropa çempionatında bürünc medal qazanıb, 2009-cu ildə Azərbaycan yığması ilə Avropa çempionu olub (son turda komandamıza həlledici xalı Vüqar qazandırmışdı).

Azərbaycan yığması ilə 2011-ci ilin vitse-çempionu və 2010-2011-ci illərdə Reggio Emilia turnirinin qalibi adını qazanıb.

Vüqar Həşimov beyində bədxassəli şişlə əlaqədar 2014-cü il yanvarın 11-də dünyasını dəyişib.

A.S.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri