13 
Yan
2017
00:15
72
238
7122
Virtual karabakh

Azərbaycan ağırlıqqaldıranı Olimpiya medalından məhrum edilib

13 Yan, 2017
00:15
7122

Azərbaycan ağırlıqqaldıranı Olimpiya medalından məhrum edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan ağırlıqqaldıranı İntiqam Zairovun 2012-ci il London Yay Olimpiya Oyunlarında gümüş medal ümidləri boşa çıxıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsi 94 kq çəki dərəcəsində çıxış etmiş idmançını cəzalandırıb.

Buna səbəb kimi onun “London-2012”-dəki dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi göstərilib. İdmançının dehidroxlormetiltestosterondan (turinabol) yararlandığı üzə çıxıb. Zairov Olimpiadada tutduğu 6-cı yerdən və buna görə aldığı diplomdan məhrum edilib.

Qeyd edək ki, İntiqam Zairovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarındakı dopinq-testinin təkrar analizi də müsbət nəticə verib. Eyni zamanda Zairov 2015-ci il dünya çempionatında dopinq-testdən keçə bilmədiyi üçün 8 il müddətinə bütün yarışlardan kənarlaşdırılıb. 

“London-2012”də də eyni halla üzləşməsi Zairovun ömürlük ağırlıqqaldırma yarışlarından uzaqlaşdırılacağı anlamına gəlir. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri