13 
Yan
2017
14:00
12
43
1346
Virtual karabakh

Avropa klublarının Assosiasiyası FİFA-nın qərarından narazıdır

13 Yan, 2017
14:00
1346

Avropa klublarının Assosiasiyası FİFA-nın qərarından narazıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa klublarının Assosiasiyası (ECA) dünya çempionatlarında komandaların sayının artırılmasına qarşı çıxış edib.

Oxu.Az bu barədə Gazeta.ru-ya istinadən xəbər verir. 

“Avropa klublarının Assosiasiyası futbol üzrə dünya çempionatına prinsipial olaraq klubların sayının genişləndirilməsinə qarşı çıxdıqlarını bildiriblər. Bu qərar idman deyil, siyasi səbələrdən yüksək siyasi təzyiq altında qəbul edilib, bu, təəssüf doğurur”, - təşkilatın rəsmi saytında bildirilir.

ECA yeni formatın təsir və nəticələrini ətraflı şəkildə təhlil edəcək və bu məsələni İcra şurasının yanvarın sonuna planlaşdırılmış növbəti iclasında nəzərdən keçirəcək. 

Yanvarın 10-da FİFA iştirakçıların sayını 32-dən 48-ə qədər artırmaq barədə qərar qəbul edib. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri