14 
Yan
2017
11:10
100
19
3003
Virtual karabakh

Şahin Diniyevdən altı futbolçuya dəvət

14 Yan, 2017
11:10
3003

Şahin Diniyevdən altı futbolçuya dəvət

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə paytaxtında təlim-məşq toplanışında olan “Kəpəz”in əsas komandasına bu gün əvəzedici heyətin 6 üzvü qoşulub.

Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, baş məşqçi Şahin Diniyevin qərarına əsasən, hücumçu Fərid Məmmədov, yarımmüdafiəçilər Emin Zamanov, Əli Səmədov, Yusif Cəfərov, müdafiəçilər Qaraxan Əliyev və Elcan Rəhimov Bakıya çağırılıb.

Bu futbolçular mövsümün ilk yarısı ərzində çempionat və kubok matçları üçün mütamadi olaraq əsas komandaya cəlb olunub.

Əvəzedici heyətdən gələn oyunçular təlim-məşq toplanışı ilə yanaşı, yoxlama matçlarında da forma geyinmək şansı qazanacaq.

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri