15 
Yan
2017
09:25
231
53
16859
Virtual karabakh

Kamran Ağayev dava etdi – FOTO

15 Yan, 2017
09:25
16859

Kamran Ağayev dava etdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin qapıçısı Kamran Ağayev Portuqaliyada “Benfika” futbolçuları ilə dalaşıb.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Kamranın çıxış etdiyi “Boavişta” klubu  Portuqaliya çempionatının 17-ci turuunda lider “Benfika”nın qonağı olub.

Oyunun gedişində “Boavişta” 3:0 önə çıxsa da, hesabı sona kimi saxlaya bilməyib. Qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Kamran 90 dəqiqə meydanda olub. Emin Mahmudov isə 89-cu dəqiqədə Fabio Espinyonu əvəz edib.

Kamran vaxtı uzatdığı üçün 75-ci dəqiqədə sarı vərəqə alıb.  O, oyun başa çatdıqdan sonra “Benfika”nın ehtiyatda olan futbolçuları ilə dalaşıb. Lakin onu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov və komanda yoldaşları ayırıb. Ehtimal edilir ki, “Benfika”nın ehtiyatda qalan futbolçularından biri ona ana söyüşü söyüb. Çünki Kamranı yalnız komandanın məşqçilər heyəti və stadionun mühafizəçiləri sakitləşdirə bilib.

Qeyd edək ki, bu nəticədən sonar “Boavişta” 21 xalla 11-ci pillədə qərarlaşıb.

“Benfika” 3-3 “Boavişta”

Qollar: Konstantinos Mitroğlu, 41, Jonas, 52-pen, Fabio Espinyo, 67-öz qapısına - Yuri Medeyros, 14, Lukad De Lima, 20, Andre Şembri, 25

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri