15 
Yan
2017
15:53
175
14
2107
Virtual karabakh

Şəhid Ziya Həsənovun xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTO

15 Yan, 2017
15:53
2107

Şəhid Ziya Həsənovun xatirəsinə həsr olunmuş turnir keçirilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə kikboksiniq üzrə turnir keçirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, aprel döyüşlərində torpaqların bütövlüyü uğrunda şəhid olan Ziya Həsənovun xatirəsinə təşkil olunan yarışda 8 rayondan 13 komanda iştirak edib.

Rinqdə 6-19 yaşlarında 150 nəfər idmançı birincilik uğrunda mübarizə aparıb.

Əməkdar idman ustası Elnur Salamov bildirib ki, qaliblər fevral, mar və aprel aylarında aylarında keçiriləcək respublika çempionatında iştirak etmək üçün vəsiqə qazanacaqlar.

Şəhid Ziya Həsənovun atası Niyazi Həsənov bildirib ki, oğlu Ziya da idmanın kikboksinq növü ilə məşğul olub: “Belə yarışların təşkil olunması gənclərin pis vərdişlərdən uzaq və sağlam böyüməsinə səbəb olur. Mən idmançılara baxanda həm qürur keçirdim ki, Ziya boş yerə şəhid olmayıb, bu idmançılar onun qanın yerdə qoymayacaq. Həm də düşünürəm ki, onlar bizim bayrağımızı xarici ölkələrdə böyük çempionatlarda yüksəklərə qaldıracaq.”

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri