15 
Yan
2017
20:57
58
61
5034
Virtual karabakh

“Real” İsveç tarixinə düşmüş futbolçunu alır

15 Yan, 2017
20:57
5034

“Real” İsveç tarixinə düşmüş futbolçunu alır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Real” İsveçin AİK klubunun hücumçusu Aleksandr İsakı transfer edir. 

Oxu.Az Apasport-a istinadən xəbər verir ki, İsveçdə “ikinci İbrahimoviç” adlandırılan futbolçu gələn həftə “Real”la müqavilə bağlayacaq.

İsak yanvarın 18-də Madridə gedərək, müqavilə şərtlərini razılaşdıracaq. 

Ancaq “kral klubu” futbolçunu yalnız yayda sifariş edə biləcək. FİFA-nın “Real”a tətbiq etdiyi transfer qadağasına görə “kral klubu” qışda futbolçu sifariş verə bilməz.

Qeyd edək ki, İsak İsveç yığmasında 2 oyun keçirib, 1 qol vurub. O, yığmada qol vuran ən gənc futbolçu kimi İsveç futbolunun tarixinə düşüb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri