17 
Yan
2017
12:19
91
17
3342
Virtual karabakh

Azərbaycan yığmasının sabiq baş məşqçisi beynəlxalq axtarışa verildi

17 Yan, 2017
12:19
3342

Azərbaycan yığmasının sabiq baş məşqçisi beynəlxalq axtarışa verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vyana məhkəməsi cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherlə bağlı qərarını açıqlayıb.

Oxu.Az xəbər verir ki, Apasport.az saytının məlumatına görə, ikiqat Olimpiya çempionunun həbsinə qərar verilib.

Pedofiliyada günahlandırılan 56 yaşlı mütəxəssis haqda artıq beynəlxalq axtarış elan olunub. Buna səbəb Zayzenbaherin məhkəmə proseslərinə gəlməməyi və istintaqdan gizlənməsidi.

Qeyd edək ki, Zayzenbaher 2 uşağı - 11 və 13 yaşlı yetirmələri zorlamaqda ittiham olunur.

O, 1990-cı ilin sonlarında, 2000-ci ilin əvvəllərində törətdiyi əməllərə görə indi cavab verməli olub.  

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri