18 
Yan
2017
10:21
22
164
2686
Virtual karabakh

Portuqaliya Kamran Ağayevi 3 oyunluq cəzalandırıb – VİDEO

18 Yan, 2017
10:21
2686

Portuqaliya Kamran Ağayevi 3 oyunluq cəzalandırıb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin və Portuqaliyanın “Boavişta” klubunun qapıçısı Kamran Ağayev 3 oyunluq cəzalandırılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyasının İntizam Şurası qərar qəbul edib.

30 yaşlı qolkiperin cəzalanmasına ölkə çempionatının sonuncu turunda “Benfika” ilə keçirilmiş oyundan sonra insident zamanı birbaşa qırmızı vərəqə alması və mübahisədə iştirakı səbəb olub.

“Benfika” isə azarkeşlərin priotexniki vasitələrdən və təhqiredici şüarlardan istifadəsinə görə 6 min avro cərimələnib.

Qeyd edək ki, “Benfika” və “Boavişta” arasında keçirilmiş oyun 3:3 hesabı ilə başa çatıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri