21 
Yan
2017
10:09
32
144
2372
Virtual karabakh

“Boavişta” meydana Kamran Ağayevsiz çıxacaq

21 Yan, 2017
10:09
2372

“Boavişta” meydana Kamran Ağayevsiz çıxacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Portuqaliya çempionatında XVIII turun növbəti görüşləri keçiriləcək.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, “Boavişta” klubu “Aroka”nın qonağı olacaq.

Bakı vaxtı ilə bu gecə saat 00:30-da başlanacaq qarşılaşmada Azərbaycan millisinin oyunçularından qapıçı Kamran Ağayev iştirak etməyəcək. Ağayev ötən tur “Benfika” ilə qarşılaşmadan sonra rəqib komanda futbolçuları ilə toqquşmada iştirak etdiyi üçün 3 oyunluq cəzaya məruz qalıb. O, Portuqaliya çempionatında debüt etdiyi VI turdan sonra ilk dəfə “Boavişta”nın matçını buraxmalı olacaq. Yarımmüdafiəçi Emin Mahmudovun isə son turlar inamlı çıxış edən komandanın start heyətində yeralma ehtimalı azdır. Bununla belə, Mahmudovun “18-liy”ə düşəcəyi gözlənilir. 

Qeyd edək ki, hazırda “Boavişta” 17 oyundan 21 xalla 11-ci, “Aroka” isə 23 xalla 9-cu pillədə qərarlaşıb. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri