21 
Yan
2017
16:37
28
114
2828
Virtual karabakh

“Zirə”nin keçmiş hücumçusu Portuqaliya klubu ilə yollarını ayırır

21 Yan, 2017
16:37
2828

“Zirə”nin keçmiş hücumçusu Portuqaliya klubu ilə yollarını ayırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zirə” klubunun sabiq futbolçusu Nelson Bonilya Portuqaliya “Nasyonal”ı ilə yollarını ayırmağa qərar verib.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə salvadorlu hücumçu “El Grafico”ya açıqlamasında bildirib.

27 yaşlı oyunçu klubunda heyətə müntəzəm düşə bilməməsini səbəb göstərib: “Hazırda “Nasyonal”la 2,5 illik müqaviləm var. Amma karyeramda ilk dəfə 10-12 oyunda ehtiyatda qalmışam. Artıq klubumdan məni buraxmalarını və menecerimdən yeni klub tapmağı xahiş etmişəm. Avropanın müxtəlif liqalarından təkliflər var. Menecerimdən cavab gözləyirəm”.

Hazırda Bonilya Panamada keçirilən Mərkəzi Amerika Kubokunda çıxış edir. Klubu, üçüncü xahişindən sonra onu turnirə buraxmağa razı olub.

Qeyd edək ki, Portuqaliya çempionatında 17 turdan sonra “Nasyonal” 12 xalla 17-ci pillədə qərarlaşıb. Nelson Bonilya ötən mövsüm “Zirə”nin heyətində 29 oyuna 14 qol vurduğu halda, 2016-cı ilin yayından çıxış etdiyi yeni klubunda 14 matçda 2 dəfə fərqlənə bilib. O, Azərbaycan Premyer Liqasının bombardirləri siyahısında 15 qol vuran “Qarabağ”ın futbolçusu Dani Kintanadan sonra ikinci yeri tutub. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri