22 
Yan
2017
20:30
37
271
10703
Virtual karabakh

Azərbaycan əsilli futbolçunun keçmiş xanımı: Uşaqlara deyir ki, ananız fahişədir

22 Yan, 2017
20:30
10703

Azərbaycan əsilli futbolçunun keçmiş xanımı: Uşaqlara deyir ki, ananız fahişədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kiyev “Dinamo”sunun və Ukrayna millisinin keçmiş yarımmüdafiəçisi, Azərbaycan əsilli futbolçu Aleksandr Əliyev tarixə biabırçı qalmaqal ilə düşə bilər.

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, onun keçmiş arvadı Tatyananın sözlərinə görə, (cütlük 2016-cı ilin sonunda boşanıb) Aleksandr onu döyüb və təhqir edib.

Keçmiş ərlə-arvad bir mənzildə yaşayırlar. TSN-nin çəkiliş qrupu axşam saat 8-də Əliyevi uşaqlar üçün olan otaqda dostu ilə birgə yatan yerdə görüb, döşəmədə isə boş pivə şüşələri olub.

“Onun məni belə aşağılamaq, uşaqlarımın yanında döymək haqqı yoxdur. Mən həqiqətən sosial xidmətə müraciət edib yardım istəmişəm. Oğlum, qızım deyir ki, mənim pis anayam. O, daima məni onların yanında alçaldır. O, deyir: “Sizin ananız fahişədir”.

Mənim qabırğalarım əzilib, ayaqlarımda göyərmə var. O, təpikləyir, əli ilə döyür, yumruqla vurur. O, sadəcə, nə etdiyini təsəvvür etmir”, -deyə A.Əliyevin keçmiş arvadı söyləyir.

“Siz indi inandınız, onun içkiyə necə meylli olduğunu gördünüz? Onun nə qədər içki qəbul etdiyini yoxlayın. Sonra soruşun ki, mən onu vurmuşam? O, düşünür ki, əgər mənim uşaqlarımın anasıdırsa, ona hər şeyə icazə verilib. Belə deyil. Mən onu vurmuşam? Yox. Əvvəl biz ər-arvad olanda – bəli, ona əl qaldırmışam, o zaman içirdi. Göyərmə? Bilmirəm, o harada gəzir. Ola bilər ki, haradasa yıxılır, ola bilsin ki, masaj edir, mən bilmirəm. Ola bilsin ki, onu haradasa, kimsə döyüb”, -deyə Aleksandr Əliyev söylənilənlərə belə reaksiya verib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri