23 
Yan
2017
21:02
46
150
4230
Virtual karabakh

KİV: Prosineçki Azərbaycan millisini tərk edir

23 Yan, 2017
21:02
4230

KİV: Prosineçki Azərbaycan millisini tərk edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan milli yığmasının baş məşqçisi Robert Prosineçki Türkiyənin “Bursaspor” klubunu çalışdıracaq.

Oxu.Az-ın Virtualaz.org-a istinadən xəbərinə görə, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, klub rəhbərliyi ilə məşqçi arasında görüş bu gün Bakıda baş tutub.

Tərəflər 1+1,5 il sxemi üzrə müqavilə barədə razılaşıblar. Gözlənilir ki, yaxın günlərdə Prosineçki Bursaya yollanacaq və müqavilə imzalayacaq.

Xatırladaq ki, xorvatiyalı futbol mütəxəssisinin Azərbaycan millisi ilə müqaviləsi 2018-ci ildə başa çatır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri