23 
Yan
2017
23:17
28
80
3626
Virtual karabakh

Prosineçki “Bursaspor”dan aldığı təklifdən danışdı

23 Yan, 2017
23:17
3626

Prosineçki “Bursaspor”dan aldığı təklifdən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bursaspor”un vitse-prezidenti Ali Ademoğlu millimizin baş məşqçisi Robert Prosineçki ilə maraqlandıqları barədə xəbərləri təsdiqləyib. 

Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, klub rəsmisi xorvatiyalı mütəxəssislə ilkin danışıqlar apardıqlarını təsdiqləyib.
 
“Klub nümayəndələri Azərbaycandadırlar. Qısa zaman ərzində məsələ ilə bağlı son məlumatları bildirəcəyik. Prezidentimiz Ali Ayla birgə hazırda Ankaraya qayıdırıq. Axşam saatlarında İdarə Heyətimiz bir araya gələrək qərarı açıqlayacaq” - deyə, Ademoğlu bildirib.
 
Türkiyədən dəvət aldığını təsdiqləyən Prosineçki isə açıqlamasında qısa danışıb: 

“Təklifə hörmətlə yanaşdım, amma “Bursaspor” rəsmilərinə bildirdim ki, mərhələnin sonuna qədər Azərbaycan millisi ilə müqaviləm var. Bu səbəbdən mənim o kluba keçməyim doğru deyil”.

Qeyd edək ki, “Bursaspor”un Prosineçki ilə 2,5 illik müqavilə imzalamaqla bağlı razılığa gəldiyi iddia edilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri