23 
Yan
2017
23:55
239
12
2748
Virtual karabakh

“Formula-1” rəhbəri istefaya göndərilib

23 Yan, 2017
23:55
2748

“Formula-1” rəhbəri istefaya göndərilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Formula-1” avtomobil yarışlarının icraçı direktoru Berni Ekklstoun istefaya göndərilib. 

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərə B.Ekklstoun özü bildirib.

“Bu gündən “Formula-1”ə rəhbərlik etmirəm. Məni Çeyz Keri əvəzləyib. Məni istefaya göndərdilər, sadəcə gedirəm. Bu rəsmidir. Düzdür, mənə fəxri prezident postu təklif edilib, lakin mən bunu başa düşə bilmirəm”, - deyə B.Ekklstoun qeyd edib.

Qeyd edək ki, ötən il “Formula-1” ABŞ-ın “Liberty Media” şirkəti tərəfindən 4,4 milyard dollara satın alınıb. Buna baxmayaraq, B.Ekklstounun azı üç il ərzində postunu saxlayacağı gözlənilirdi. 

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri