14 
Fev
2017
22:09
42
195
5543
Virtual karabakh

Braziliyada Olimpiya obyektləri baxımsızlıqdan dağılır – FOTO

14 Fev, 2017
22:09
5543

Braziliyada Olimpiya obyektləri baxımsızlıqdan dağılır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2016-cı il Rio Olimpiadası üçün Braziliya 9,77 milyard dollar xərcləyib. Məhz bu səbəbdən də Olimpiada öncəsi Braziliyada kütləvi etirazlar keçirilmişdir.

Oxu.Az AzNews.az-a istinadən Rio Olimpiadasından sonra baxımsız vəziyyətdə qalan stadionların aqibətini təqdim edir:

Marakana dünyanın ən böyük stadionlarından biridir. Hazırda 1 milyon dollar məbləğində kommunal borcu olan stadion turistlər üçün bağlıdır.

2014-cü ildə dünya çempionatı öncəsi Marakana stadionunda rekonstruksiya işləri aparılıb. Bu işlər Braziliya hakimiyyətinə 400 mln. dollara başa gəlib.

Olimpiada və Paralimpiada oyunlarından sonra stadion bir neçə oyuna ev sahibliyi edib.

Stadionun bu vəziyyətə düşməsində vandalların rolu böyük olub. Onlar stadionun oturacaqlarını yerindən qoparıb, televizorları oğurlayıblar.

Marakanadakı ehtiyat skamyalarının hazırki vəziyyəti

Bir neçə idman obyektinin yerləşdiyi Olimpiya parkının bugünkü vəziyyəti

Yerli sakinlərin marağına səbəb olmayan qolf meydançası hazırda bu vəziyyətdədir

Su oyunları üçün nəzərdə tutulan stadion bu gün

Olimpiada ehtiyacları üçün nəzərdə tutulan məkan hazırda boşdur

Voleybol üçün nəzərdə tutulan stadionda ötən həftə yarış keçirildi. Yarışı izləməyə gələn insanlar stadionun hazırki vəziyyətindən təəccüblənərək bura sərf olunan məbləği dövlət xəzinəsinin israfçılığı adlandırıblar.

İ.N

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri