16 
Fev
2017
10:29
133
13
2947
Virtual karabakh

Azərbaycan “Formula 1”-də beynəlxalq ulduz səfirlərdən imtina etdi

16 Fev, 2017
10:29
2947

Azərbaycan “Formula 1”-də beynəlxalq ulduz səfirlərdən imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ildə Fernando Alonso Bakıda “Formula 1” yarışlarının səfiri olmayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə “Formula 1” yarışlarını qəbul edən ölkələrin sosial-iqtisadi gəlirləri” adlı Bakı-Moskva-Astana-Tbilisi videokörpüsü zamanı “Formula 1” Azərbaycan Qran-prisinin promouteri Arif Rəhimov bəyan edib. 

A.Rəhimov əlavə edib ki, Fernando Alonso Bakıda ilk yarışın irəliləyişinə yardım edib:
“Onunla dostluq əlaqələri mövcuddur”.

Ümumilikdə, 2017-ci ildə beynəlxalq səfirlər olmayacaq. Həmçinin təşkilatçılar 2016-cı ildə maraq doğurmayan bəzi əyləncələrdən imtina edəcəklər. Onlar başqaları ilə əvəz ediləcək. 

Qeyd edək ki, ikiqat dünya çempionu, McLaren Honda idmançısı Fernando Alonso Bakı şəhər yolunda - 2016-cı ildə Avropa Qran-prisinin rəsmi səfiri idi.  

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri