17 
Fev
2017
09:27
42
16
3888
Virtual karabakh

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib – NƏTİCƏLƏR

17 Fev, 2017
09:27
3888

Avropa Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib – NƏTİCƏLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasının ardınca, Avropa Liqasında da fasilə başa çatıb. 

Oxu.Az Apasport-a istinadən xəbər verir ki, mübarizə 1/16 final mərhələsinin ilk oyunları ilə davam etdirilib.

Meydana öncə “Krasnodar” və “Fənərbaxça” çıxıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Çempionlar Liqası ilə vidalaşan “Beşiktaş” mübarizəni Avroliqada davam etdirir. İsraildə “Hapoel”in qonağı olan “qara qartal”lar evə əla nəticə ilə dönürlər. Türklər 3:1 hesablı qələbəyə seviniblər.

“Fənərbaxça” və “Beşiktaş” kimi ilk oyununu səfərdə keçirən “Osmanlıspor” “Olimpiakos”la qolsuz bərabərliyə razılaşaraq cütün taleyini Ankaraya daşıyıb.

Qrup mərhələsində Azərbaycan təmsilçilərindən “Qarabağ”ın rəqibi olmuş “Fiorentina” Mönhenqladbax “Borussiya”sını məğlub edib. PAOK da Almaniya təmsilçisi ilə duelə çıxıb. Saloniki təmsilçisi “Şalke” ilə matçda darmadağın olub.

“Qəbələ”nin keçmiş rəqiblərindən “Sent-Etyenn” “Old Trafford”da “Mançester Yunayted”lə üz-üzə gəlib. Qarşılaşma Poqba qardaşlarının dueli baxımından da maraq doğurub. İbrahimoviçin het-triki “qırmızı şeytanlar”a qələbə qazandırıb.

UEFA Avropa Liqası
1/16 final mərhələsi, ilk oyunlar
16 fevral

“Krasnodar” (Rusiya) – “Fənərbaxça” (Türkiyə) - 1:0
Qol: Klaeson, 4

“Astra” (Rumıniya) – “Genk” (Belçika) - 2:2
Qollar: Budesku, 43, Seto, 90 - Kastanye, 25, Trossard, 83

“Alkmaar” (Hollandiya) – “Lion” (Fransa) - 1:4
Qollar: Cahanbaxş, 68 - Trusart, 26, Lakazet, 45, 57, Ferri, 90+5

“Borussiya” (Mönhenqladbax, Almaniya) – “Fiorentina” (İtaliya) - 0:1
Qol: Bernardeski, 44

“Selta” (İspaniya) – “Şaxtyor” (Ukrayna) - 0:1
Qol: Leşuk, 27

“Rostov” (Rusiya) – “Sparta” (Çexiya) - 4:0
Qollar: Mevlya, 15, Poloz, 38, Noboa, 40, Azmun, 68

“Gent” (Belçika) – “Tottenhem” (İngiltərə) - 1:0
Qol: Perbet, 59

“Ludoqorets” (Bolqarıstan) – “Kopenhagen” (Danimarka) - 1:2
Qollar: Keseru, 81 - Anşe, 2 (öz qapısına), Tutu, 53

“Olimpiakos” (Yunanıstan) – “Osmanlıspor” (Türkiyə) - 0:0

“Anderlext” (Belçika) – “Zenit” (Rusiya) - 2:0
Qollar: Açemponq, 5, 31

“Atletik” (İspaniya) – APOEL (Kipr) - 3:2
Qollar: Efrem, 38 (öz qapısına), Aduriz, 61, Villiams, 72 - Efrem, 36, Ciannotas, 89

“Hapoel” (Beer-Şeva, İsrail) – “Beşiktaş” (Türkiyə) - 1:3
Qollar: Barda, 4 - Villiam, 42 (öz qapısına), Cenk, 60, Atiba, 90+3

“Legiya” (Polşa) – “Ayaks” (Hollandiya) - 0:0

“Mançester Yunayted” (İngiltərə) – “Sent-Etyenn” (Fransa) - 3:0
Qollar: İbrahimoviç, 15, 75, 88 (pen.)

PAOK (Yunanıstan) – “Şalke” (Almaniya) - 0:3
Qollar: Burqstaller, 27, Mayer, 82, Huntelaar, 90

“Vilyarreal” (İspaniya) – “Roma” (İtaliya) - 0:4
Qollar: Emerson, 32, Ceko, 65, 79, 86

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri