17 
Fev
2017
18:40
27
96
1609
Virtual karabakh

FİFA 2022-ci ildə dünya çempionatı üçün klublara təzminat ödəyəcək

Futbol üzrə dünya çempionatı 2022-ci ildə mövsümün ortalarında keçirilsə, FİFA Avropa klublarına üst-üstə 1 milyard avro təzmint ödəyəcək. 

Oxu.Az xəbər verir ki, bu barədə As məlumat yayıb. 

2016-cı ilin fevral ayında Dohada 2022-ci il dünya çempionatının işçi qrupunun iclasında Qətərdə yay aylarında havanın çox isti olduğu üçün turnirin noyabr-dekabr aylarında keçirilməsi təklif edilib. 

Nəticədə mundialın 21 noyabr - 18 dekabr aralığında təşkil olunmasına qərar verilib. Lakin bu müddət 213 klubu özündə birləşdirən ECA-nı razı salmayıb. 

FİFA prezidenti Cavanni İnfantino Dohada olduğu müddətdə Qətər dövlətinin rəsmiləri ilə görüşərək, təzminatın məbləğini müzakirə edəcək.Təzminat məbləğinə həmçinin oyunçuların bütün risklərdən sığortalanması məbləği də daxil ediləcəyi gözlənilir. 

N.O.
www.oxu.az

Digər İdman xəbərləri