18 
Fev
2017
10:53
20
86
4446
Virtual karabakh

“Bursaspor” azarkeşlərindən Azərbaycan millisinin futbolçusu ilə bağlı tələb – VİDEO

18 Fev, 2017
10:53
4446

“Bursaspor” azarkeşlərindən Azərbaycan millisinin futbolçusu ilə bağlı tələb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan milli komandasının və “Bursaspor”un futbolçusu Deniz Yılmaz Türkiyə Super Liqasında XXI turun “Kayserispor”la səfər matçından qayıdarkən kəskin etirazla qarşılaşıb.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, buna təcrübəli hücumçunun matçın 19-cu dəqiqəsində rəqib oyunçuya bilərəkdən kobudluq edərək qırmızı vərəqə alması səbəb olub.

Bursa Yeneşir hava limanında Necmi Ayıldız adlı azarkeş komandasını azlıqda qoyaraq 0:2 hesablı məğlubiyyətə səbəbkar olan Yılmazın qabağını kəsib. Fanat “Sən “Bursaspor”a layiq deyilsən, bu komandadan getməlisən. Nə haqqın var “Bursaspor”u pərişan etməyə? Bursanı tərk et. Sənə “Bursaspor” forması yaraşmır. Bir daha bu formanı geyinmə!” deyib.

Azarkeşləri klubun I vitse-prezidenti Ali Ademoğlu və baş məşqçi Mutlu Topçu sakitləşdirməyə çalışıb.

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri