19 
Fev
2017
22:43
130
24
2639
Virtual karabakh

“Qəbələ”nin baş məşqçisi: Mübarizə irəlidədir və çətin olacaq

19 Fev, 2017
22:43
2639

“Qəbələ”nin baş məşqçisi: Mübarizə irəlidədir və çətin olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Premyer Liqanın XIX turunun “Qəbələ” – “Qarabağ” oyunundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

Oxu.az Report-a istinadən xəbər verir ki, baş məşqçi komandasının keyfiyyətli futbol nümayiş etdirdiyini bildirib:

“Qarşılaşma haqda yalnız müsbət fikirlər deyə bilərəm. Azarkeşlər ciddi və keyfiyyətli oyunun şahidi oldu. Hər iki komanda yaxşı oynadı. Öz komandam haqda danışsam, çox razı qaldım. Futbolçularımın oyunundan məmnunam. Onlar keyfiyyətli futbol nümayiş etdirdilər. Ayrı-ayrılıqda hər hansı futbolçunu fərqləndirməzdim. Meydanda əsl komanda var idi. Qələbə üçün də məhz bu amil vacibdir. Görüşdə komandaları izləyən azarkeşlər haqda da yüksək fikirdəyəm. Futbolu azarkeşlərsiz təsəvvür etmək olmaz. Onlara təşəkkür edirəm. Meydanda səviyyəli futbol, belə azarkeş dəstəyi və bugünkü kimi hakimlik Azərbaycan çempionatını inkişaf etdirəcək, nüfuzunu qaldıracaq. Daim belə olmasını istəyirəm. Qalib gəldiyimiz üçün şadıq. Amma bütün mübarizə irəlidədir və çətin olacaq. Eyforiyaya qapılmırıq”.

Qriqorçuk komandanın taktiki planda düzgün oynamasından da razılığını bildirib:

“Futbolçularda hakimlərlə dialoq zamanı aqressiya görmədim. Əgər onlarda nə isə hakimlə söhbət vardısa da, bu düzgün, peşəkar yanaşma idi. Futbolda heç nədən qorxmaq lazım deyil. Biz də qorxmur, düzgün çalışırdıq. Hətta optimal səviyyədən də artıq hazır idik. 1-ci hissədə bizə yaraşmayan səhvlər də oldu. Amma sonra sanballı psixologiya nümayiş etdirdik. Komandamı rəqiblə müqayisə etmirəm. Özümüzə gəlincə, taktiki cəhətdən çox güclü oynadıq. Psixoloji cəhətdən də çox sanballı təsiri bağışladıq. Bunu müqayisə edərək demirəm. Həmişə belə hakimlik haqda arzulamışam. Yəqin hamı bunu istəyir. Hakimliyin yüksək səviyyədə olması xoşdur. Araz Abdullayevin əvvəl hansı formada olduğunu bilmirəm. Deməzdim ki, yarımmüdafiəçi geriləyib. Amma o bu gündə pis oynamadı. Təbii ki, potensialına əsasən istənilən formada deyil. Bizdə olduğu müddətdə onun oyununda irəliləyiş var. Rəşad Sadiqovun mərkəz müdafiəçisi mövqeyindəki oyunundan da tam razı qaldım. Bizim komandada hər hücumçu mövsümdə 30 qol vurmalıdır. Bunu bacarmırsa, üzərində nədə isə çalışmayıb. Amma onları təzyiq altında saxlamaq olmaz. “Qarabağ”la növbəti oyuna qədər çox vaxt var. Bu haqda hələ düşünmürəm. Yalnız növbəti matçı fikirləşib, həmin görüşə hazırlaşacağıq”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri