20 
Fev
2017
14:26
125
70
4094
Virtual karabakh

Bakı “Formula 1” zamanı bəzi əyləncələrdən imtina edəcək

20 Fev, 2017
14:26
4094

Bakı “Formula 1” zamanı bəzi əyləncələrdən imtina edəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Halqası (BŞH) Azərbaycan Qran Prisi zamanı 2016-cı il təşkil olunan bəzi əyləncələrdən imtina edəcək.

Oxu.Az xəbər verir ki, BŞH-nın Əməliyyat Şirkətinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai jurnalistlərə açıqlamasında bildirib ki, bu il 2016-cı ildə maraq doğurmayan bəzi əyləncələr başqaları ilə əvəz ediləcək.

N.Arpadarainin sözlərinə görə, keçən il Avropa Qran Prisində (red. 2017-ci ildən Azərbaycan Qran Prisi) insanlar bəzi əyləncələrə maraq göstərməyiblər: 

“Biz keçən il 2 kilometrlik Bakı Dəniz Vağzalından “Azneft” meydanına qədər əyləncə zonası ayırmışdıq. İnsanların daha çox canlı əyləncələrə meyil göstərdiyinin şahidi olduq. Carı ildə, 2016-ci ildə Avropa Qran Prisində insanların daha çox maraq göstərdiyi əyləncə növlərinin sayını artıracağıq, maraqsız olan əyləncələrdən isə imtina edəcəyik. 

Məsələn, “Flying Turbine” (uçan turbin) adlı attraksion, biz düşünürdük ki, bu, insanlar üçün maraqlı olacaq, lakin buna maraq o qədər də olmadı. Bu il həmin attraksion olmayacaq. Konsert proqramı keçən ildə olduğu kimi üç gün keçiriləcək”.

BŞH Marketinq və kommunikasiya şöbəsi rəhbəri bildirib ki, ötən illə müqayisədə bilet satışı daha sürətlə gedir.

“Bu il bilet satışı üzrə ilk yerləri Rusiya, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Azərbaycan, ərəb ölkələri tutur. Artıq biletlər 40-dan çox ölkədə satılıb. Sevindirici haldır ki, bu il Azərbaycan vətəndaşları yarışa daha çox maraq göstərir. Əsas hədəflərimiz ərəb ölkələrinin, Böyük Britaniya və Rusiya fanatlarının daha çox bilet almasıdır. Böyük Britaniyada “Formula 1” fanat kütləsi çoxdur. Bundan əlavə, biz azərbaycanlı azarkeşlər üçün yeni kampaniya elan etmişik”.

Qeyd edək ki, “Formula 1” dünya çempionatının təqvimində Bakıda keçiriləcək yarış “Azərbaycan Qran-Prisi” adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri