20 
Fev
2017
14:54
16
192
1506
Virtual karabakh

“Formula 1” yarışı üçün media nümayəndələrinin qeydiyyatı başlayıb

20 Fev, 2017
14:54
1506

“Formula 1” yarışı üçün media nümayəndələrinin qeydiyyatı başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Formula 1 Azərbaycan Qran-prisinə mətbuat nümayəndələrinin akkreditasiya prosesinə fevralın 20-dən start verilib.

Bu barədə Oxu.Az-a “Bakı Şəhər Halqası” (BŞH) Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai məlumat verib.

Onun sözlərinə görə, yerli media nümayəndələrinin qeydiyyatı BŞH-nın vasitəçiliyi ilə həyata keçiriləcək. Akkreditasiya prosesi martın 31-i saat 17:00-a kimi davam edəcək. Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nın rəsmi saytına daxil olaraq səhifədəki xüsusi formanı doldurmalıdırlar. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.

Qeyd edək ki, bu gün Bakıda akkreditasiya prosesi ilə bağlı jurnalistlər üçün təlim keçirilib. Təlimdə media nümayəndələrinə qeydiyyat barədə ətraflı məlumat verilib. Həmçinin mətbuat nümayəndələrinə xüsusi media bələdçiləri paylanılıb. Qeydiyyat prosesi ilə bağlı jurnalistləri maraqlandıran bütün suallara aydınlıq gətirilib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri