20 
Fev
2017
22:38
38
287
4988
Virtual karabakh

Azərbaycan futbolçusu erməni məşqçisinin komandasında oynayacaq

20 Fev, 2017
22:38
4988

Azərbaycan futbolçusu erməni məşqçisinin komandasında oynayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın gənclərdən ibarət futbol komandasının yarımmüdafiəçisi, azərbaycanlı Ayaz Quliyev Moskva “Spartak”ından  Mahaçqalanın “Anji” komandasına keçərək icarə haqları əsasında oynayacaq. 

Oxu.Az “Çempionat”a istinadən xəbər verir ki, müqavilə mövsümün sonuna qədər imzalanacaq. 

“Spartak”ın 20 yaşlı yetirməsi Moskva klubunun ikinci komandası üçün meydana çıxırdı, komandanın tərkibində 17 matç keçirib. 2015-ci ildə o gənclərdən ibarət Rusiya yığmasında debüt edib. 

Yanvar ayının əvvəlində “Anji”nin baş məşqçisi vəzifəsinə Aleksandr Qriqoryan təyin edilib, o, daha öncə “OİK-Xabarovsk” klubuna rəhbərlik edirdi. Çexiyalı mütəxəssis Pavel Verba klubun inkişaf strategiyasını dəyirşdirilməsi elan edildikdən sonra istefa verib.

Dağıstan klubu Rusiya çempionatında 17 turdan sonra 20 xal ilə 11-ci yerdədir. 

N.O.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri