20 
Fev
2017
19:35
113
20
9236
Virtual karabakh

Hakimin qərarına qeyri-adi etiraz – VİDEO

20 Fev, 2017
19:35
9236

Hakimin qərarına qeyri-adi etiraz – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Vyetnam çempionatında “Lonqan” komandasının oyunçuları hakimin qərarına etiraz olaraq öz qapılarından üç top buraxıblar.

Oxu.Az xəbər verir ki, “Ho Şi Min Siti” və “Donqtam Lonqan” komandaları arasındakı matçın son dəqiqələrində, hesab 2:2 olarkən, hakim “Lonqan”ın qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. 

Hakimin qərarından narazı qalan “Lonqan” futbolçuları öz etirazlarını qeyri-adi şəkildə nümayiş etdiriblər.

Penalti zərbəsi zamanı qapıçı üzünü çərçivəyə tərəf çevirib. Bundan sonra “Donqtam Lonqan”ın oyunçuları rəqib komandanın hücumları zamanı hərəkətsiz dayanıblar və qapılarından daha iki top buraxıblar.

Qeyd edək ki, matç fevralın 19-da keçirilib və “Ho Şi Min Siti” komandasının 5:2 hesablı qələbəsi ilə başa çatıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri