21 
Fev
2017
21:07
32
234
7801
Virtual karabakh

Qrizmanna görə göz yaşları – VİDEO

21 Fev, 2017
21:07
7801

Qrizmanna görə göz yaşları – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Madridin “Atletiko” klubunun hücumçusu Antuan Qrizmannın pərəstişkarı futbolçunun avtoqraf verməkdən imtina etməsindən sonra ağlayıb.

Oxu.Az xəbər verir ki, hadisənin videosunu jurnalist Xavyer Alba öz Twitter səhifəsində yerləşdirib.

Gənc qız atası ilə birlikdə 25 yaşlı futbolçunu mehmanxanın qarşısında gözləyirdi. “Atletiko” komandası buraya Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Almaniyanın “Bayer” klubuna qarşı oyundan əvvəl yerləşdirilmişdi. 

Qrizmann əlində onun formasını tutan qızın yanından keçib və avtoqraf verməyib. 

Atanın sözlərinə görə, onlar “Atletiko” futbolçuları ilə görüşmək üçün 200 kilometr məsafə qət ediblər.

Qeyd edək ki, “Bayer” və “Atletiko” arasındakı matç fevralın 22-də Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri