22 
Fev
2017
10:56
15
88
2165
Virtual karabakh

“Formula 1”-in yeni bolidinin təqdimatı: Renault R.S.17

22 Fev, 2017
10:56
2165

“Formula 1”-in yeni bolidinin təqdimatı: Renault R.S.17

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Londonda “Renault F1” komandasının rəhbərliyi və sponsorların iştirakı ilə “Renault R.S. 17” avtomobilinin təqdimatı baş tutub. 

Oxu.Az xəbər verir ki, avtomobil əvvəlki rəng ahəngini qoruyub-saxlayıb, amma əvvəlkinə nisbətən qara rəng daha çox gözə çarpır. 

“Renault F1”-in yeni tərəfdaşı və sponsoru “Castrol” brendinin loqotipi də görünür. 

Qarşıdan gələn mövsümdə komandanın pilotları Colion PalmerNiko Xyulkenberq olacaq. 

Renault R.S.17”-nin texniki özəllikləri:

Təkərlər: korpus karboliflərdən və kompozit materialdandır.

Transmissiya: səkkizpilləli yarımavomat sürət qutusu.

Əyləc sistemi: karbon disklər və qəliblər. “Supportlar Brembo S.p.A” və əsas silindr isə “AP Racing” istehsalıdır.

Mühərrik: 1,6 litrlik V6 

Ölçülər və çəki 

Ön hissə: 1600 mm. Arxa hissə: 1550 mm. Hündürlük: 950 mm. En: 2000 mm

Çəki: idmançı, kamera və ballastlarla birgə 722 kq 

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri