23 
Fev
2017
00:02
187
90
5500
Virtual karabakh

“Fənərbaxça” Avropa Liqası ilə vidalaşdı

23 Fev, 2017
00:02
5500

“Fənərbaxça” Avropa Liqası ilə vidalaşdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fevralın 22-də futbol üzrə Avropa Liqasının 1/16 mərhələsinin üç cavab oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, Türkiyənin “Fənərbaxça” klubu Rusiyanın “Krasnodar” komandası ilə bərabərliyə qalıb və turnirlə vidalaşıb.

İstanbulda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Yeddinci dəqiqədə qonaqlar Fyodor Smolovun qolu ilə hesabda irəli çıxıblar. “Fənərbaxça” 41-ci dəqiqədə Martin Şkrtelin qolu ilə cavab verib, lakin bu, növbəti mərhələ üçün kifayət etməyib. İlk oyunda rusiyalılar rəqiblərini 1:0 hesabı ilə məğlub etmişdilər.

“Mançester Yunayted” səfərdə Fransanın “Sent-Etyen” klubunu minimal hesabla məğlub edib. Qonaqlara qələbə gətirən yeganə qolu yarımmüdafiəçi Henrix Mxitaryan vurub. İki oyunun nəticəsinə görə ingilislər növbəti mərhələyə vəsiqə qazanıblar. Xatırladaq ki, İngiltərədə keçirilən ilk qarşılaşmada Joze Maurinyonun yetirmələri Fransa klubunun qapısından üç cavabsız top keçirmişdilər. 

Günün sonuncu qarşılaşmasında Almaniyanın “Şalke” klubu doğma meydanda Yunanıstanın PAOK komandası ilə sülh bağlayıb - 1:1.

İlk qarşılaşmada 3:0 hesabı ilə inamlı qələbə qazanan “Şalke” növbəti mərhələyə adlayıb.

1/8 finalın püşkatma mərasimi fevralın 24-də keçiriləcək.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri