23 
Fev
2017
18:35
21
150
3483
Virtual karabakh

İslamiada: Futbol üzrə Azərbaycan millisinin baş məşqçisinin adı açıqlanıb

23 Fev, 2017
18:35
3483

İslamiada: Futbol üzrə Azərbaycan millisinin baş məşqçisinin adı açıqlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İslam Həmrəyliyi Oyunlarında futbol üzrə Azərbaycan millisini çalışdıracaq mütəxəssisin adı rəsmən açıqlanıb.

Oxu.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandamızı oyunlara U-21 yığmamızın baş məşqçisi Yaşar Vahabzadə çıxaracaq.
 
Bu il mayın 12-dən 22-dək Bakıda təşkil olunacaq İslamiadada ölkələr 23 yaşadək futbolçulardan ibarət komandalarla təmsil olunacaqlar. Əvvəlcədən də gözlənildiyi kimi, Azərbaycan yığmasına Vahabzadə rəhbərlik edəcək.
 
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında 8 yığma mübarizə aparacaq.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri