23 
Fev
2017
13:25
331
42
5949
Virtual karabakh

Küveyt İslamiadada iştirak etməyəcək

23 Fev, 2017
13:25
5949

Küveyt İslamiadada iştirak etməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Küveyt yığması “Bakı 2017” İslam Həmrəyliyi Oyunlarında iştirak etməyəcək. 

Bu barədə Oxu.Az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, səbəb Küveytin Beynəlxalq Olimpiya Komitəsi (İOC) tərəfindən üzləşdiyi sanksiyadır: 

“İOC Küveyt Olimpiya Komitəsini bütün beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırıb. Azərbaycan Milli Olimpiya Komitəsi, eləcə də idman qurumları idman tədbirlərini İOC-un tələbləri çərçivəsində həyata keçirdiyi üçün Küveytin Azərbaycana gəlməsi mümkün deyil. Yəni, Azərbaycanın İslam Həmrəyliyi oyunlarında Küveytin maliyyə xərclərini də öz üzərinə götürməsi ilə bağlı xəbərlər həqiqətə uyğun deyil. Küveyt istəsə belə, Oyunlara qatıla bilməz".

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda keçiriləcək. Hələlik İslam Əməkdaşlıq Təşkilatına 57 üzv ölkədən 54-ü Oyunlarda iştirakını təsdiqləyib. Küveytin kənarda qalması İslamiadada maksimum 56 ölkənin iştirak edə biləcəyi anlamına gəlir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri