23 
Fev
2017
15:59
132
27
5999
Virtual karabakh

Azərbaycanda dopinq riskli idman növləri nəzarətə götürülür – FOTO

23 Fev, 2017
15:59
5999

Azərbaycanda dopinq riskli idman növləri nəzarətə götürülür – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda ağır atletika, güləş və boks idman növləri dopinq üçün risk qrupuna daxildir. Bu idman növləri daha çox diqqət mərkəzində olacaq”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Milli Dopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Huseynli jurnalistlərə açıqlamasında bildirib. 

Şəfəq Hüseynli yeni yaradılmış agentliyin əsas istiqamətlərini açıqlayıb: 

“Əsas fəaliyyətimiz dopinq testlər keçirmək, idmançılarımız üçün bərabər şərait yaratmaqdır. Missiyamız idman tədbirlərində şəffaflığı təmin etməkdir”. 

Onun sözlərinə görə, bu il agentlik tərəfindən 435 test keçiriləcək: 

“Ölkəmizdə dopinq testləri yoxlamaq üçün laboratoriya olmadığından nümunələri Almaniyanın Köln şəhərindəki laboratoriyaya göndərməyi planlaşdırırıq”. 

Ş.Hüseynli bildirib ki, hazırda AMADA-da 18 nəfər əməkdaş çalışır:

“Bu sahədə kifayət qədər təcrübəmiz var. Özüm iki ildir bu sahədə çalışıram”. 

Elvin Əhmədov

FOTO : İsmayıl Nur
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri