23 
Fev
2017
18:46
48
113
3446
Virtual karabakh

Azərbaycan milli komandasının futbolçusu cəzalanıb

23 Fev, 2017
18:46
3446

Azərbaycan milli komandasının futbolçusu cəzalanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan milli komandasının və Türkiyənin “Bursaspor” klubunun futbolçusu Deniz Yılmaz 2 oyunluq cəzalanıb.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyasının Nizam-İntizam Komitəsi qərar çıxarıb.

Səbəb kimi təcrübəli hücumçunun Super Liqanın XXI tur matçında “Kayserispor”un futbolçusuna qarşı ciddi kobudluğu göstərilib.

Qeyd edək ki, “Bursaspor” növbəti 2 turda “Kasımpaşa” ilə fevralın 24-də səfərdə, “Qaziantepspor”la isə martın 4-də evdə üz-üzə gələcək.  

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri