24 
Fev
2017
15:01
20
75
3357
Virtual karabakh

“Qarabağ”ın futbolçusu “Sportinq”dən niyə ayrılıb?

24 Fev, 2017
15:01
3357

“Qarabağ”ın futbolçusu “Sportinq”dən niyə ayrılıb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın futbolçusu Migel Markos Maderanın (Miçel) atası Mişel Markos oğlunun yetirməsi olduğu İspaniyanın “Sportinq” klubunu tərk etməsinin səbəblərini açıqlayıb.

Oxu.AzQafqazinfo”-ya istinadən xəbər verir ki, İspaniyanın 3-cü divizionunda çıxış edən “Lenense” klubunun prezidenti olan Mişel Markos oğlunun “Sportinq”i maliyyə problemlərinə görə tərk etdiyini deyib:

“Miçel məcburiyyət qarşısında bu addımı atdı. Vəziyyətin düzəlməsini gözləyirdi. Amma maliyyə məsələlərinə görə, Miçel “Sportinq”i tərk etdi”.

Xatırladaq ki, Migel Markos Madera 2005/10-cu illərdə “Sportinq”də çıxış edib. 31 yaşlı yarımmüdafiəçi Xixon təmsilçisindən sonra “Birmingem” (İngiltərə), AEK (Yunanıstan), “Xetafe” (İspaniya) klublarında çıxış edib. Təcrübəli futbolçu 2015-ci ildə İsrailin “Makkabi” (Hayfa) komandasından “Qarabağ”a keçib.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri