Mar
2017
12:12
50
267
4115
Virtual karabakh

Berti Foqts Bakıya gələcək

4 Mar, 2017
12:12
4115

Berti Foqts Bakıya gələcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Bakıya gələcək. 

Oxu.Az Report-a istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis martın 26-da Azərbaycan və Almaniya yığmaları arasında Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçında qonaq olacaq.

O, oyunu canlı yayımlayacaq RTL telekanalında Bundestimin keçmiş qapıçısı Yens Lemann ilə birgə ekspert kimi çıxış edəcək. Saat 20:00-da başlanacaq görüşü Almaniya televiziyası üçün Marko Hageman şərh edəcək.

Qeyd edək ki, Berti Foqts 1990-1998-ci illərdə Almaniya, 2008-2014-cü illərdə Azərbaycan millilərinin baş məşqçisi olub. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri