13 
Mar
2017
14:51
120
35
8772
Virtual karabakh

UEFA “Barselona” - PSJ matçının arbitri barədə qərarını açıqladı

13 Mar, 2017
14:51
8772

UEFA “Barselona” - PSJ matçının arbitri barədə qərarını açıqladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çempionlar Liqasının “Barselona” - PSJ (6:1) 1/8 finalının cavab matçının baş hakimi Deniz Aytəkin bundan sonra da Avropa klub turnirinin ən nüfuzlu matçlarına hakimlik edəcək. 

Oxu.Az RMS-ə istinadən xəbər verir. 

“UEFA-nın hər matçından sonra hakim briqadasının işi təhlil edilir ki, onların gələcəkdə hansı matçlara hakimlik edəcəyinə dair qərar verilsin. Həmçinin lazım gəldikdə arbitrlərin cəzalanmasına dair qərar da verilir. Bizim üçün “Barselona” - PSJ matçı final fiti ilə başa çatıb”, - UEFA-da olan mənbə bildirib. 

Daha öncə mətbuatda UEFA-nın 38 yaşlı alman hakiminin işindən narazı olması və onun Çempionlar Liqasının matçlarına daha hakimlik etməyəcəyinə dair məlumat yayılmışdı. Eyni zamanda Alman Futbol İttifaqında Aytəkini dəstəklədi. 
 
E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri