14 
Mar
2017
10:43
9
54
1508
Virtual karabakh

İdman yarışlarındakı manipulyasiyalar barədə prokurorluğa məlumat veriləcək

14 Mar, 2017
10:43
1508

İdman yarışlarındakı manipulyasiyalar barədə prokurorluğa məlumat veriləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nazirlər Kabineti “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda dəyişiklik edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, qaydaya əsasən, Azərbaycan Respublikasının ərazisində idman mərc oyunlarını yalnız Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiya olunmuş hüquqi şəxs (idman mərc oyunlarının operatoru) həyata keçirə bilər.

Dəyişiklik mərc oyunları operatorunun mərc oyunlarının təşkili və oynanılması ilə bağlı aşağıdakı hüquq və vəzifələri ilə bağlıdır.

Dəyişikliyə əsasən, operatorun hüquq və vəzifələri artırılıb. Bundan sonra operator idman yarışlarının manipulyasiyasına şübhə olduğu halda dərhal Gənclər və İdman Nazirliyinə, maliyyə bazarlarına nəzarət orqanına və prokurorluğa məlumat verməlidir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri