15 
Mar
2017
13:25
24
190
8008
Virtual karabakh

Bakı “Formula 1”-in sahibinin tənqidinə cavab verdi – YENİLƏNİB

15 Mar, 2017
13:25
8008

Bakı “Formula 1”-in sahibinin tənqidinə cavab verdi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Liberty Media”nın rəhbəri Qreqq Maffeyin bəyanatı bizim üçün sürpriz oldu”.

Oxu.Az xəbər verir ki, bunu mətbuat konfransında Azərbaycan Qran Prisini promouteri Arif Rəhimov Q.Maffeyin Azərbaycanın “Formula-1” markasını təşviq etməməsiylə bağlı bəyanatını şərh edərkən deyib.

O, “Formula-1” haqqında çox şey bilməyən şəxsdən belə fikir eşitməyin qəribə olduğunu əlavə edib:

“Bildiyimə görə, Maffey bir dəfə Qran Pridə iştirak edib. Bakıdakı yarışı isə həm pilotlar, həm də rəsmi şəxslər uğurlu adlandırmışdı. Buna görə də bu cür bəyanatı anlamaq çətindir”.

12:07

Bakı Şəhər Halqası (BŞH) “Formula 1”-in sahibi, “Liberty Media”nın rəhbərinin Azərbaycan Qran Prisi barəsində tənqidinə münasibət bildirib.

BŞH Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai Oxu.Az-a deyib ki, “Liberty Media”nın rəhbəri Qreq Maffeinin “Formula 1” adından belə bir bəyanat verməsi nə qədər düzgün olması sual doğurur.

N.Arpadarai bildirib ki, Qreq Maffei “Formula 1”-in sahibi olsa da, çempionatın rəhbərliyinə daxil olmayan bir şəxsdir, yəni çempionatların əməliyyatlarını aparmayan biridir:

“Bu səbəbdən “Formula 1”-in adından belə bir bəyanat verməsi nə qədər düzgün olması sual doğurur. Digər tərəfdən Azərbaycan keçən il uğurlu bir yarış keçirib, bunu F1-in keçmiş rəhbəri Berni Eklstoun, pilotlar, media və tamaşaçılar də təsdiq etmişdilər”.  

BŞH Əməliyyat Komitəsinin Marketinq və kommunikasiya şöbəsinin rəhbəri ümid edir ki, “Liberty Media”nın rəhbəri Q.Maffei Bakıya səfər edəndən sonra fikrini dəyişəcək:

“Bu il biz biznes baxımından biletlərin satışından razıyıq. Ümid edirik ki, iyul ayında “Liberty Media”nın rəhbərliyi Bakıda olacaq. Düşünürük ki, cənab Maffei Bakıya səfər edərək bizim planlarımızla tanış olandan sonra fikrini dəyişəcək”.

Qeyd edək ki, “Formula 1”-in sahibi, “Liberty Media”nın rəhbəri Qreq Maffei Azərbaycan Qran Prisi barəsində ciddi tənqid yayaraq bildirib ki, ölkə “uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmir”. O, Azərbaycanı yarışlardan təqvimi doldurmaq üçün istifadə etməkdə ittiham edib.

Maffei deyib ki, yeni yarışlara imza atmağın arxasında bunlar dayanır: 

“Azərbaycanın Bakı şəhəri kimi yerlərdə yarış üçün bizə böyük məbləğdə pul ödənir, lakin onlar uzunmüddətli marka və sağlam biznes yaratmaq üçün heç bir şey etmirlər”.

Xatırladaq ki, ötən il “Formula-1” ABŞ-ın “Liberty Media” şirkəti tərəfindən 4,4 milyard dollara satın alınıb. Onlar F1-in Avropadakı ənənəvi yarışlarını qorumaq və Birləşmiş Ştatlarda yenilərini keçirmək öhdəliyi götürüblər.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri